Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərlotereya”nın bilet satışı KƏSKİN ARTIB
“Azərlotereya”nın bilet satışı KƏSKİN ARTIB
08 Fevral 2017 / 12:36 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4

2016-cı il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereya oyunlarında ümumilikdə 305 ədəd iri pul uduşları (uduşların ümumi məbləği 3 mln. 408 min 700 manat) və 18 “cek pot” (“cek pot”ların ümumi məbləği 1 mln. 402 min 937 manat) udulub.

“APA-Economics” xəbər verir ki, uduşların ümumi məbləği 3 mln. 408 min 700 manat, və “cek pot”ların ümumi məbləği isə 1 mln. 402 min 937 manat təşkil edib.

Qeyd edək ki, 2015-ci il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereya oyunlarında 156 avtomobil (avtomobillərin ümumi dəyəri 2 mln. 5 min 600 manat) və 21 “cek pot” (“cek pot”ların ümumi məbləği 1 mln. 562 min 630 manat) udulub. Beləliklə, il ərzində udulan “cek pot”ların məbləği 159 min 693 manat azalıb.

Ümumilikdə 2016-cı il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereyalar üzrə 29 mln. 61 min 30 ədəd lotereya bileti (2015-ci ildə 26 mln. 913 min 153 ədəd) satılaraq 33 mln. 448 min 141 manat (2015-ci ildə 27 mln. 684 min 200 manat) vəsait əldə olunub. Əldə olunan vəsaitdən 20 mln. 36 min 917 manat (2015-ci ildə 17 mln. 997 min 972 manat) uduş fonduna sərf edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə