Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk bayrağı açan azarkeşə ömürlük cəza
Türk bayrağı açan azarkeşə ömürlük cəza
08 Fevral 2017 / 12:21 / Baxış sayı: 1044
Font1 Font2 Font3 Font4
İngiltərə Çempionşipində mübarizə aparan “Haddersfild” klubu “Lids”lə oyunda tribunada Türkiyə bayrağı açan azarkeşini cəzalandırıb. 
“Qafqazinfo” xəbər verir ki, klub həmin azarkeşə ömürlük cəza verildiyini açıqlayıb. Qərara əsasən, adı açıqlanmayan həmin şəxs bir daha “Haddersfild”in oyunlarını stadiondan izləyə bilməyəcək.
Xatırladaq ki, fevralın 5-də baş tutan matçda Türkiyə bayrağının tribunada açılmasından sonra yerli və qonaq azarkeşlər arasında qalmaqal baş vermişdi.
Onu da bildirək ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” – “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis azarkeş yerli fanatlarla münaqişə zamanı bıçaqlanaraq öldürülmüşdü.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə