Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda toy karvanında qəza – VİDEO
Bakıda toy karvanında qəza – VİDEO
08 Fevral 2017 / 15:39 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4

Bakıda gəlin maşınını müşayiət edən avtomobil aşıb. “Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə “Hyundai” beton yolayrıcına çırpılaraq aşıb.

Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə “Hyundai” yol kənarına çəkilib. Toy karteji yoluna davam edib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə