Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lapşin nəyə arxayın idi? – TƏHLİL
Lapşin nəyə arxayın idi? – TƏHLİL
08 Fevral 2017 / 16:37 / Baxış sayı: 2350
Font1 Font2 Font3 Font4

Azərbaycanın ərazi bütövlüyünü danaraq, mərkəzi hakimiyyətin icazəsi olmadan işğal altında olan torpaqlarına, Dağlıq Qarabağ bölgəsinə səfər edərək, separatçıları – terrorçuları dəstəkləyən bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edildi. 

Bu, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı mübarizəsinin haqlı, ədalətli olduğunun bariz gösəricisi sayılmalıdır.
Qeyd edək ki, ikili vətəndaşlığı (İsrail və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Belarus Ali Məhkəməsi ötən gün blogerin Azərbaycana ekstradisiyasına dair qərardan verdiyi şikayətə baxıb və onu təmin etməyib.

 

Xatırladaq ki, A.Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il aprelin 6-sı və iyunun 29-u tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

 

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanraq, barəsində dövlətlərarası axtarış elan edilmişdi.

 

O, Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmışdı.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi bundan əvvəl ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfərlə əlaqədar A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil etmişdi.

 

Ümumiyyətlə, Azərbaycan XİN ölkənin işğal altında olan torpaqlarına qanunsuz səfər etdikləri üçün xarici ölkələrin 623 vətəndaşını, o cümlədən 180 əcnəbi jurnalisiti “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Jurnalistlərin çoxu Litva, Yaponiya və Avstriya vətəndaşlarıdır. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa daha çox ABŞ, Almaniya, Rusiya, Fransa, İtaliya və Ukrayna vətəndaşları səfər ediblər.

 

“Arzuolunmazlar”dan 20-si ötən il ermənilər və onların havadarları tərəfindən aldadılaraq, işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz aparıldıqlarını etiraf edib və rəsmi şəkildə üzr istəyiblər. Bundan sonra həmin şəxslər “qara siyahı”dan çıxarılıb.

 

Heç şübhəsiz, rəsmi Bakı işğal altında olan torpaqlarına səfəri qadağan etmir, bunun üçün ilk növbədə Azərbaycanın suveren hüquqlarına hörmət olunmasını tələb edir. “Euronews”, “Al-Jazzera”, Polşa televiziyası və başqaları belə davranıb.

 

Deməli, Azərbaycan tərəfi bu məsələdə söz və fikir azadlığına hörmət edib.

 

Azərbaycanın Dağlıq Qarabağ torpaqlarına icazəsiz gedənlərin çoxunun ATƏT-in Minsk qrupunun üzv və həmsədr ölkələrinin vətəndaşı olması təəssüfləndirici və təəccübləndirici haldır.

 

Lapşın kimilərin Azərbaycanın işğal altında olan torpaqlarında özlərini arxayın aparmasının səbəblərindən biri də həmin dövlətlərin münaqişənin həllinə tutduqları mövqe ilə bağlıdır.

 

Lapşinin təhvil verilməsi Dağlıq Qarabağın işğaldan azad edilməsində Azərbaycanın mübarizəsinin bütün hallarda ədalətli olduğunu təsdiqləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya olunması, aprel döyüşləri fərqli hadisələr olsa da, mahiyyət etibarilə eynidir. Ermənistan və işğalı dəstəkləyənlər Azərbaycan torpaqlarından çıxmalıdırlar. Onlar Dağlıq Qarabağda qaldıqları müddətdə Lapşin kimilər Azərbaycanın qanunları qarşısında cavab verəcək, milli hisslərlə oynayan erməni cəzasız qalmayacaq, Ermənistanın işğalçı əsgər və zabitlərinin isə həmin torpaqlardan ölüləri daşınacaq.

 

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi fikri də burada xatırlatmaq yerinə düşər: “Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik. Bir daha demək istəyirəm ki, Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal edilmiş torpaqlardan çıxsa, o zaman bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və işğalçı siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlıq Qarabağ üçün nəticələr çox acı ola bilər”.

Odur ki, Lapşinin Azərbaycanda ədalət mühakiməsinə cəlb olunması hadisəsi həm də rəsmi Bakının bu istiqamətdə apardığı siyasi-diplomatik və hüquqi fəaliyyətinin uğurudur.

 

Başqalarının əlində oyuncaq olduqlarını anlayıb, Azərbaycan torpaqlarındakı işğalçı istək və hərkətlərdən əl çəkməkdənsə, Ermənistan ictimaiyyəti yenə haray-həşir qoparmaqdadır.

 

İşğalçı damğası üzərində olan ermənilər ayıblarından utanaraq susmaq əvəzinə Lapşin məsələsində də özlərini çox gülüc və yersiz aparırlar.

 

Bu ölkənin tanınmış, hakimiyyətyönlü politoloqu Stepan Safaryan Ermənistanın Belarusdakı səfirini, yaxud ölkəsinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrini, dövlət məmurlarını tənqid edərək, onları fəaliyyətsizlik və acizlikdə günahlandırıb.

 

Müxalifətdə olan “İrs” Partiyasının sözçüsü Davit Sanasaryan isə Lapşinin təhvil verməsini belə xarakterizə edib: “10:0 hesabı ilə Azərbaycan Ermənistanı darmadağın etdi. Bundan sonra heç bir əcnəbi Dağlıq Qarabağa səfər etməyəcək”.

 

Əslində bu belə də olmalıdır. Dağlıq Qarabağa Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan heç bir əcnəbi səfər etməməlidir. Ancaq təəssüf ki, bir çoxları ölkəsinin nüfuzundan sui-istifadə edərək bu sayaq addımları atır. Onlara cavab isə Lapşin gətirildiyi kimi olur. Halbuki hərəkətlərindən utanmayan blogeri elə arxayın salıbmışlar ki, o, Azərbaycanın “arzuolunmazlar”ı siyahısında birinci yerdə olmaq istədiyini arzulamış, sosial şəbəkədə qürrələnərək belə yazmışdı: “Azərbaycan qanunlarını yenidən pozmaq üçün 150 dollarım çatmır. Ora yenidən getmək üçün sponsor axtarırarm”.

 

Odur ki, bir az ritorik olsa da, Dağlıq Qarabağın işğal edilməsində əli olanları istər-istəməz Lapşinin vəziyyətində olması göz önündən keçdi. Onun yerində Azərbaycanın xəyanətkar vətəndaşları, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki rəhbəri Serj Sarqsyan və daha kimlərin olması arzu ediləndi.

Beləliklə, Rusiya və İsrail vətəndaşı olan Lapşin qanunları pozduğundan Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verəcək. Onda təbii sual yaranır: növbə kimindir? Azərbaycanın ərazi bütövlüyünə daha kim hörmətsizlik etmək istəyir? Onu da vurğulayaq ki, saxtakarcasına hüququn aliliyindən danışıb, lapşinləri müdafiə edənlər elə özləri qanunları pozur, əsl mahiyyətlərini göstərirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə