Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN Mehman Hüseynovu məhkəməyə verdi
DİN Mehman Hüseynovu məhkəməyə verdi
09 Fevral 2017 / 12:00 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynovu məhkəməyə verib.

Bu barədə BakiPost.az-a vəkil Elçin Sadıqov məlumat verib. Bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır.

Vəkilin sözlərinə görə, bloggerin məhkəməyə verilmə səbəbi hələ ki, dəqiq məlum deyil: “Çox güman ki, məhkəməyə verilməsinə səbəb bir müddət əvvəl 22-ci polis bölməsinin əməkdaşlarının ona işgəncə verməsi ilə bağlı ittihamlar səsləndirməsidir. Şikayətin surətini günortadan sonra götürəcəyəm. Onda detallı məlumatım olacaq.

Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub. Xüsusi ittiham qaydasında şikayət bizə verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracağam”.

Məlumat üçün bildirək ki, Mehman Hüseynov bir müddət əvvəl Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə