Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İpoteka kreditləri nə vaxt bərpa olunacaq? – AÇIQLAMA
İpoteka kreditləri nə vaxt bərpa olunacaq? – AÇIQLAMA
09 Fevral 2017 / 12:17 / Baxış sayı: 1060
Font1 Font2 Font3 Font4

20 illik ipoteka kreditlərinin bərpası xəbərini həm alıcıları, həm də tikinti şirkətləri də gözləyir. Ancaq bu, yaxın vaxtlarda mümkün olmayacaq. Belə ki, uzunmüddətli ipoteka kreditlərini daha çox Beynəlxalq Bank verirdi. 2 aya yaxındır Bankın həmin proqramı dayandırması tikinti sektorunda ciddi geriləməyə səbəb olub.  

arxiv.bizimxeber.az xəbər verir ki, Beynəlxalq Bankdan fins.az-a verilən məlumata görə, yaxın vaxtlarda ipoteka kreditlərinin bərpası gözlənilmir.

“Bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvidliyə malik manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı”.

Bankdan onu da bildiriblər ki, gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. İndi isə ipoteka kreditlərinin başqasının adına keçirilməsi mümkündür:
“Mənzil krediti layihəsi çərçivəsində Beynəlxalq Bankla əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə