Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah Bakıya qar yağacaq – Şaxta olacaq
Sabah Bakıya qar yağacaq – Şaxta olacaq
09 Fevral 2017 / 12:31 / Baxış sayı: 884
Font1 Font2 Font3 Font4
 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə