Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lukaşenko Lapşini Bakıya niyə verdiyini açıqladı – VİDEO
Lukaşenko Lapşini Bakıya niyə verdiyini açıqladı – VİDEO
09 Fevral 2017 / 12:33 / Baxış sayı: 1914
Font1 Font2 Font3 Font4

“Mən ilk gündən dedim ki, onu, qanunun tələb etdiyi kimi, Azərbaycana vermək lazımdır”. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Prezidentlə böyük danışıq” zamanı blogger Aleksandr Lapşinin Azərbaycana verilməsi ilə bağlı Belarusun qərarı haqda danışarkən deyib.

Prezidentin sözlərinə görə, İsrail və Rusiya vətəndaşı olan Lapşinə sözügedən iki ölkədən heç biri sahib çıxmaq istəməyib: “Azərbaycan bizə deyil, İnterpola müraciət edib. Biz onu sərbəst də buraxa bilərdik, amma bu, düzgün qərar olmazdı. Bütün beynəlxalq normalara, o cümlədən, İnterpolun qərarına əsasən biz onu həbs edib Azərbaycana yollamalı idik.

Biz nəyə, hansı maraqlara əsasən onu Azərbaycana verməməli idik? Bizim burda heç bir marağımız yoxdur. Gələcəkdə bizim də başımıza belə hadisə gələ bilər. Buna görə də ədalətli qərar verməli idik.

İsrailin, Rusiyanın nə istədiyi heç məlum deyil. Azərbaycanın tələb və istəyi isə məlumdur. Lapşin istəyirdi ki, onu sərbəst buraxaq. Amma bunu edə bilməzdik. Bu bizim tərəfimizdən böyük ədalətsizlik olardı. İsraillə Azərbaycanın çox sıx əməkdaşlığı var. İsrail istəsəydi, bu haqda Azərbaycanla razılığa gələrdi. Onlar istəsə, Lapşinin başından bir tük də əskik olmayacaq. Bu hadisəni şişirtmək lazım deyil. Aysberqin görünməyən tərəflərindən xəbərsizsiz”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə