Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrəvanda ETİRAZ – Polis əsgər analarını təhqir etdi
İrəvanda ETİRAZ – Polis əsgər analarını təhqir etdi
09 Fevral 2017 / 12:55 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4

Bu gün Ermənistanın paytaxtı İrəvanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

arxiv.bizimxeber.az azvision.az-a istinadən xəbər verir ki, polis onlara qarşı zorakılıq tətbiq edib, əsgər analarını həbs etməyə çalışıb.

“Biz müdafiə naziri Vigen Sarkisyanı gözləyirdik. Birdən polislər bizə zor tətbiq etməyə başladılar. Onlar zorla bizi maşında gözləməyə vadar etdilər. Sonra onlar bizə tüpürdülər”, – deyə ölən erməni əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirib.

Onlar başqa bir polis əməkdaşının müdaxiləsindən sonra həbs edilməkdən canlarını qurtara biliblər. Bundan sonra hökumətin binasına yaxınlaşan əsgər anaları müdafiə naziri Vigen Sarkisyanla görüş tələb ediblər.

 Əsgər valideynləri övladlarının qeyri-döyüş şəraitində ölməsindən və uzun müddət keçməsinə baxmayaraq, ölüm faktlarının araşdırılmamasından şikayətləniblər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə