Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Magistratura pilləsi üçün yeni ixtisaslar yaradıldı – SİYAHI
Magistratura pilləsi üçün yeni ixtisaslar yaradıldı – SİYAHI
09 Fevral 2017 / 13:00 / Baxış sayı: 1328
Font1 Font2 Font3 Font4

Azərbaycanda magistratura səviyyəsində yeni ixtisaslar olacaq.

arxiv.bizimxeber.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib. Dəyişikliklə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na İdman jurnalistikası, İdman tibbi və reabilitasiya ixtisasları əlavə olunub.

Belə ki, bundan sonra magistratura səviyyəsində İdman jurnalistikası ixtisası və İdman tibbi və reabilitasiya ixtisası da tədris olunacaq.

İndiyədək magistratura səviyyəsində jurnalistika sahəsi üzrə “Radiotelejurnalistika”, “Beynəlxalq jurnalistika”, “Mətbuat tarixi”, “Jurnalistika nəzəriyyəsi”, “Publisistik jurnalistika” ixtisasları tədris olunur. Bədən tərbiyəsi və idman sahəsi üzrə isə “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” “İdman məşqinin nəzəriyyəsi və metodikası” və “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisası tədris olunurdu.

Dəyişikliklər magistr pilləsində tədris olunan “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının adı dəyişib. Belə ki, həmin ixtisas bundan sonra “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” adlanacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə