Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Yalvarıram, onu bağışlayın” – Lapşinin anası
“Yalvarıram, onu bağışlayın” – Lapşinin anası
09 Fevral 2017 / 13:51 / Baxış sayı: 1134
Font1 Font2 Font3 Font4
Həbs olunan bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, BBC Azərbaycancaya müsahibəsində o oğlunun bu dəfə “düşüncəsiz hərəkət” etdiyini, lakin ümumiyyətlə “heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan” olduğunu deyib.
Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası özünün və qızının hadisədən çox kədərləndiklərini deyib. O həmçinin bildirib ki, Aleksandr Lapşinin ekstradisiyasından sonra, onunla oğlunun şəraiti və ya onun hüquqi baxımdan vəziyyəti barədə heç kəs əlaqə saxlamayıb.
Azərbaycan hökumətinin onun işi ilə bağlı şəfqətli olmasına rica edərək, Bella Lapşin gələn həftə Azərbaycana getmək niyyətində olduğunu bildirib. “Mən oğlumla görüşməyə çalışacağam”, o, əlavə edib.
Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə”yalvarıram, onu bağışlayın və əfv edin” deyə müraciət etdiyini bildirib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə