Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vasif Talıbov qəbirüstü tikililəri sökdürür – SENSASİON QƏRAR
Vasif Talıbov qəbirüstü tikililəri sökdürür – SENSASİON QƏRAR
09 Fevral 2017 / 14:51 / Baxış sayı: 1892
Font1 Font2 Font3 Font4
Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.
BakiPost.az xəbər verir ki, iş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan “Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.
Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.
Bildirilir ki, bu işlər hələlik Naxçıvan şəhərində aparılır.
Naxçıvanlılar qəbiristanlıqlarda dəbdəbənin yığışdırılmasıyla bağlı qanun layihəsinin çox yerində olduğunu, lakin yeni qaydaların bundan sonra üçün tətbiqinin məqsədəuyğun olduğunu hesab edir: “Bu, çox yaxşı qanundur. Lakin bundan sonraya tətbiq edilməlidir. Bu vaxta kimi heç bir qadağa yox idi, insanlar da öz ölülərinə hörmət əlaməti olaraq dəbdəbəli qəbirlər düzəldirdi. Qanunda deyilmir ki, gedin tikililəri sökün. Deyilir ki, tikilməsinə icazə verilməsin”.
Məsələ ilə bağlı rəsmi məlumat almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə