Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Timoşenko: “Trampla görüş planlı şəkildə və ayrı bir otaqda keçdi”
Timoşenko: “Trampla görüş planlı şəkildə və ayrı bir otaqda keçdi”
09 Fevral 2017 / 15:44 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4

“Əgər hər kəs tualetin yanında ABŞ prezidenti ilə görüşə bilsəydi, düşünürəm ki, bütün dünya bu gün orada olardı və prezidenti tualetdə tutardı”.

Bunu Ukraynanın Baktivşina Partiyasının sədri, keçmiş baş nazir Yuliya Timoşenko “112 Ukrayna” telekanalın efirində deyib. “Bu, sadəcə mənim ürəyimə toxunur. Ukraynanı böyük, Ukrayna siyasətçilərini ləyaqətli görmək istəyirəm. Mən istəmirəm ki, belə yalanlar dövlətimizin nüfuzunu aşağı salsın. Sözsüz ki, bu yalandır və mümkün deyil. Görüş planlı şəkildə və ayrı bir otaqda keçdi”, – deyə Timoşenko ABŞ prezidenti Donald Trampla görüşündən sonra yayılan xəbərləri şərh edib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Yuliya Timoşenko ilə görüşüb. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Vaşinqtonda səhər yeməyi zamanı olub. Timoşenkonun Trampı “tualetin qarşısında tutması” barədə iddianı isə “Politico” nəşri “BGR Public Relations” lobbi şirkətinin prezidenti Ceff Birnbauma istinadən irəli sürüb.

“Timoşenko Trampın əlini sıxmaq üçün onu tualet otağının yanındakı dəhlizdə güdürdü. Əsl görüş deyildi. Prezident çox insanların əllərini sıxıb. Görünür, Timoşenko da onlardan biri idi”, – Birnbaum izah edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə