Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yardımlıda rəzalət! İcra başçı “fındıq tingləri alırıq” adı altında pul yığdırır! – ÖZƏL
Yardımlıda rəzalət! İcra başçı “fındıq tingləri alırıq” adı altında pul yığdırır! – ÖZƏL
09 Fevral 2017 / 18:12 / Baxış sayı: 4438
Font1 Font2 Font3 Font4

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov idarə və təşkilatlarda çalışan şəxslərin 1 aylıq əmək haqqlarına əl qoydu. 


arxiv.bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, bu günlərdə Ayaz Əsgərovun tapşırığı ilə idarə və müəssisə rəhbərlərinə bildirilib ki, işçilərin bir aylıq vəzifə maaşlarından və ya birdəfəlik mükafatlarından pul tutulsun.

 

Belə bir tapşırığın Prezident Administrasiyasından gəldiyini bildirən icra hakimiyyətinin rəsmiləri bildiriblər ki,  yığılan pula fındıq tingləri alınacaq. Guya fındıq bağları salmaq istəyirlər.
Üstəlik belə bir şərt qoyulub ki, pulu verməyən işçilər işdən azad olunacaq. Hər kəsi qoxudurlar ki, bu tapşırığa ciddi əməl olunmalıdır.


arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, 
rayonda təhsil, səhiyyə mədəniyyət işçilərinin hər birindən artıq 43 manatdan pul yığımına start verilib.
Bu hələ hamısı deyil. Kənd icra nümayəndələrinə tapşırılıb ki, pul yığın, əks təqdirdə 4000 min manatı öz cibinizdən verəcəksiniz. Və pulu verməyən şəxsin adını qeyd edin ki, işdən qovmaq üçün əsas olsun. İcra nümayəndələri dövlət müəssisələrindən çalışan şəxslərin qapısına kənd sakinlərindən döndərib pulu tələb edir.
arxiv.bizimxeber.az-a şikayət edənlər bu pulun yığılması ilə bağlı olan bu biabırçı tapşırığın doğrudan da, Administrasiyadan gəldiyinə inanmır və faktın işıqlandırılmasını istyirlər. Vətəndaşlar bildirir ki, bu Ayaz Əsgərovun pul yığmaq üçün növbəti bir gedişidir ki, dövlətin adından istifadə edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Prezident Administrasiyası ilə bu məlumata aydınlıq gətirməyə çalışacağıq.


Mövzuya qayıdacayıq
.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə