Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampa səs verən ərini boşadı
Trampa səs verən ərini boşadı
09 Fevral 2017 / 17:53 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4

ABŞ-da maraqlı hadisə baş verib. 

arxiv.bizimxeber.az xəbər verir ki, Qayli Makkormik ərinin prezident seçkilərində Trampa səs verdiyini öyrənib. Qadın xəbəri eşidən kimi 22 illik ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Araşdırmalara görə, ABŞ-da keçirilən prezident seçkiləri bəzi ailələrdə problemlərə səbəb olub.

Təqaüddə olan keçmiş həbsxana işçisi Qayli seçkilərdən bir müddət sonra nahar yeməyində ərinin Trampa səs verdiyini eşidəndə çox pis olub. Sosializmə isti nəzərlə baxan demokrat 73 yaşlı qadın ərinin Trampa səs verməsinin onu məhv etdiyini bildirib: “Uzun müddətdir aldadıldığımı hiss etdim. Əvvəlcə rastlaşmadığım məsələlərlə üzləşdim. Gənc olduğum dövrlərdə əsla qəbul etmədiyim şeyləri uzun müddətdir qəbul etdiyimi anladım”.

Qeyd edək ki, 8 noyabr seçkiləri ABŞ tarixinin ən mübahisəli seçkilərindən biridir. Bu seçkilər Amerika xalqını iki hissəyə bölüb. Bir çox ailələrdə ailədaxili münaqişələrə səbəb olub.\ölkə.az\

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə