Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin Ərdoğandan üzr istədi — VİDEO
Putin Ərdoğandan üzr istədi — VİDEO
09 Fevral 2017 / 22:13 / Baxış sayı: 1070
Font1 Font2 Font3 Font4
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Putin Ərdoğana Suriyada baş verənlərdən kədərləndiyini bildirib. Putin qırıcıların pilotlarının səhvi üzündən baş verən faciə ilə bağlı üzr istəyib. Daha sonra Suriyada terrorçulara qarşı keçirilən əməliyyatlardan danışan Putin, bu sahədə Türkiyə ilə əməkdaşlığın vacib olduğunu deyib. Putin Ərdoğana bundan sonra da terrorla mübarizədə birgə çalışacaqlarına əmin olduğu bildirib.Ərdoğan da öz növbəsində Putinlə razılaşıb. İki rəhbərin razılaşmasına əsasən, bundan sonra Rusiya vəTürkiyə hərbçiləri daha da sıx əməkdaşlıq edəcəklər.Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya qırıcıları Suriyada türk əsgərlərini bombalayıb. Rusiya hərbi təyyarəsi səhvən Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 türk əsgər həlak olub, 11 nəfər yaralanıb.  Hadisənin pilotun səhvi ucbatından baş verdiyi deyilir.Xatırladaq ki, Türkiyə silahlı qüvvələrinin dəstəklədiyi “Azad Suriya Ordusu”-nun birləşmələri yeni əməliyyata başlayıb. “Fərat Qalxanı” əməliyyatının 170-ci günündə İŞİD terror qruplaşmasının nəzarətində olan Əl-Bab şəhəri “Azad Suriya Ordusu” tərəfindən mühasirəyə alınıb. Türkiyənin dəstəklədiyi hərbçilər şəhərin mərkəzinə istiqamət götürüb. Dünəndən bəri baş verən döyüşlərdə Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə