Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dollar ucuzlaşır, ərzaq bahalaşır – Nonsens
Dollar ucuzlaşır, ərzaq bahalaşır – Nonsens
10 Fevral 2017 / 13:42 / Baxış sayı: 1280
Font1 Font2 Font3 Font4

Azərbaycanda dolların son günlər sürətlə ucuzlaşması prosesi gedir. Rəsmi məzənnəyə görə bir həftəyə manat dollara nisbətdə 1,92 AZN-dən 1,73 AZN-ə enib. Banklarda isə dolların məzənnəsi 1,68-1,70 AZN civarındadır. Bu gün ərzində də dolların ucuzlaşacağı gözlənilir.

Ancaq maraqlısı ondadır ki, dolların bir neçə gün ərzində qəfil ucuzlaşması ərzaq məhsullarının qiymətinə təsir etməyib. Əldə etdiyimiz məlumata görə, mağazalarda heç bir ərzaq məhsulunun qiyməti ucuzlaşmayıb. Əksinə, bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə olunur.

Mağazalara mal tədarük edən şirkətlər qiymətlərin dəyişməməsini dolların əvvəlki məzənnəsi ilə əlaqələndirirlər. Yəni, bir müddət öncə xarici ölkələrdən baha dollarla alınan məhsulları aşağı qiymətə satmaq firmalara maddi ziyan vurur. Məhz buna görə qiymətlərdə azalma müşahidə edilimir. Dollar bahalaşanda qiymətləri kəllə-çarxa qaldıran firmalar dollar ucuzlaşanda müxtəlif arqumentlər gətirərək özlərini təmizə çıxarır.
Müşahidələrimizə görə, ərzaq məhsullarının qiyməti dollar bahalaşmayacağı təqdirdə yaxın ən tez 10 gündə endirilə bilər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə