Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Latviya prezidenti xanımı ilə Bakıya gələcək
Latviya prezidenti xanımı ilə Bakıya gələcək
10 Fevral 2017 / 12:15 / Baxış sayı: 600
Font1 Font2 Font3 Font4

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, səfərin məqsədi Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, bu, Bakıda keçirilən sayca beşinci forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə