Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Naxçıvanski”nin müəllimi qəzaya düşdü
“Naxçıvanski”nin müəllimi qəzaya düşdü
10 Fevral 2017 / 12:44 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4
Bu gün səhər saat 7 radələrində Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsində piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
SalamNews-un məlumatına görə, 60 yaşlı Əliyev Azad Məmmədrza oğlu yolu keçmək istəyərkən “Chevrolet” markalı avtomaşın onu vurub.
Hadisə yeinə gələn təcili tibbi yardım stansiyasının həkimləri xəsarət alan şəxsi sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparıblar. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Azad Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimidir və hadisə də məktəbin yaxınlığında, o, işə gedən zaman baş verib.
Fakt Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. İlkin olaraq hadisənin baş verməsinə səbəb kimi “Chevrolet” markalı avtomaşının sürət həddini aşması göstərilir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə