Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

`Xalqlar Dostluğu` təmir olunur
`Xalqlar Dostluğu` təmir olunur
10 Fevral 2017 / 13:59 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev arxiv.bizimxeber.az-a bildirib ki, “Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri gedir. Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.

N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə