Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fətullah Gülən silah şirkəti aldı
Fətullah Gülən silah şirkəti aldı
10 Fevral 2017 / 14:30 / Baxış sayı: 1112
Font1 Font2 Font3 Font4
Cənubi Afrikada fəaliyyət göstərən “Milkor” silah şirkətini Türkiyənin terror təşkilatı olaraq tanıdığı FETÖ-yə yaxınlığı ilə bilinən iş adamları satın alıb.
Qaynarinfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, FETÖ-yə bağlı olduğu deyilən Cənubi Afrika-Türk İş Adamları Dərnəyinin üzvü olan Serhat Bayoğlu və dərnəyin keçmiş rəhbərinin qardaşı Vuslat Bayoğlunun adı həmin şirkəti alan şəxslər kimi çəkilib. Cənubi Afrika mətbuatı da sözügedən şirkətin hər iki iş adamı tərəfindən alındığını yazıb.
Yerli  nəşr olan “Rapport” qəzetinin yazdığına görə, hökumət silah şirkətinin FETÖ-çü iş adamları tərəfindən alınmasından xəbərdar deyil. Eyni zamanda şirkətin Beynəlxalq Silahlara Nəzarət Komitəsində qeydiyyatda olmadığı bildirilir.
Hərbi xəbərlər saytı olan “defenceWeb”in redaktoru Guy Martin də “Son olaraq “Milkor”ün hələ də zirehli nəqliyyat bölümünü bu komitədə qeydiyyatdan keçirməyə çalışdığını öyrəndik. Əgər şirkət qeydiyyatda deyilsə, komitənin satış icazəsi olmadan reklam yayınlamaqdan ağır cəza ala bilər” deyib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə