Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qənirə Ataşova Azərbaycanı tərk etdi
Qənirə Ataşova Azərbaycanı tərk etdi
10 Fevral 2017 / 15:19 / Baxış sayı: 1802
Font1 Font2 Font3 Font4
Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı  tərk edib.
arxiv.bizimxeber.az gününsesi.info-ya istinadən xəbər verir ki, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün  məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən  Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər.  Onun  hazırda xarici ölkələrdən birində olduğu söylənilir.
Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış  cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.
Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün president İlham Əliyevə də müraciət etmişdi.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə