Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Taleh Bağırov apelyasiya şikayəti verdi
Taleh Bağırov apelyasiya şikayəti verdi
10 Fevral 2017 / 16:00 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4

Nardaran hadisələrində təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfər məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər.

Bu barədə Trend-ə açıqlamasında vəkil Fariz Namazlı məlumat verib. Onun sözlərinə görə, apelyasiya şikayəti artıq Bakı Apelyasiya Məhkəməsinə təqim edilib. Şikayətdə təqsirləndirilən şəxslərə bəraət istənilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər – T.Bağırov və Abbas Hüseynov 20 il, F.Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T.Bağırov və təşkilatın digər üzvləri – R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaran qəsəbəsində keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi. Əməliyyat nəticəsində 2 nəfər polis əməkdaşı olmaqla, 6 nəfər həlak olmuşdu. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunublar.

Nardaran hadisələrində təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə