Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

`Qarabağın müharibə yolu ilə həlli yoxdur` – Rusiya səfiri
`Qarabağın müharibə yolu ilə həlli yoxdur` – Rusiya səfiri
10 Fevral 2017 / 16:11 / Baxış sayı: 956
Font1 Font2 Font3 Font4

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək”.

AzVision.az xəbər verir ki, bunu “TASS”-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

“2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüflər olsun ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib”, – deyə Volınkin bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ yol görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik”,

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə