Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pasportların rəngləri nə məna daşıyır?
Pasportların rəngləri nə məna daşıyır?
10 Fevral 2017 / 16:45 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4

Fins.az saytı dünyadakı pasportların rəngləriylə bağlı maraqlı yazı hazırlayıq.

arxiv.bizimxeber.az həmin yazını təqdim edir:
Dünyada pasportlar üçün 5 rəng qəbul edilib – qırmızı, yaşıl, göy, qara və onların çalarları.
Bəs onların mənaları nədir?
Hər hansı bir ölkənin pasportunun rəngi həmin ölkənin coğrafi mövqeyini dinini, siyasətini və tarixini əks etdirir.
Avropa Şurasına üzv ölkələrdə pasportun rəngi tünd qırmızıdır. Türkiyədə də həmçinin sənədlər üçün bu rəng seçilib. Lakin əvvəllər Türkiyə pasportlarının üz qabığı yaşıl rəngdə idi.
Rusiya və Çində isə pasportun üz qabığı al qırmızı rəngdədir. Bu da həmin  ölkələrin vaxtıylə kommunist ölkələri olmağından xəbər verir.
Karib regionu, Şimali və Cənubi Amerika, Okeaniya ölkələrinin pasport rənglərinin  üz qabığı isə göy rəngdədir. Göy rəng yeni dünya mənasını ifadə edir. İslam ölkələrində isə pasportlar yaşıl rəngdədir, bu da bu ölkələrin dini inancları ilə bağlıdır.
Qara rəngli pasporta sahib ölkələr Botsvana,  Zambiya və Yeni Zelandiyadır. Bu rəng pasportlar daha praktikdirlər, çünki çirklənmirlər.
Bəzi ölkələr pasport rənglərini dövlət bayraqlarına uyğun müəyyən edirlər. Məsələn, İsveçrədə al qırmızı rəngdən istifadə edilir. Bu, həmin dövlətin bayraq rəngi ilə əlaqədardır. Ukraynada isə pasport göy rəngdədir.
ABŞ-da ilk pasport qırmızı rəngdə olub. Sonra yaşıl, daha sonra qara və nəhayət 1970-ci ildə göy rəng qəbul edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə