Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası
10 Fevral 2017 / 17:00 / Baxış sayı: 958
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, dünən Ermənistan polisinin altıncı bölməsi tərəfindən ötən ilin iyulunda Yerevanda post-patrul alayını ələ keçirmiş “Sasna Tsrer” silahlı qrupunun üzvlərinə çörək aparan Artur Sarkisyan kobud qanun pozuntuları ilə həbs edilib.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bu dəqiqələrə Yerevanda Xüsusi İstintaq Xidmətinin binası qarşısında Sarkisyana dəstək olaraq piket keçirilir. Etirazçılar onun təcili azad olunmasını tələb edirlər.

Nümayişçilərin arasında SSRİ-nin xalq artisti Frunzik Mkrtçyanın həyat yoldaşı Tamara Ovanisyan, “Təsisedici parlament”in mətbuat katibi Syuzan Simonyan kimi tanınmış simalar da var.

Xatırladaq, Artur Sarkisyan keçən ilin iyulunda şəxsi maşınında polis kordonunu yararaq alayı tutmuş “Sasna Tsrer” üsyançılarına yemək və tibbi ləvazimatlar çatdırmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə