Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Alışanov son zamanlar 1.7 milyon manatlıq torpaq alıb
Arif Alışanov son zamanlar 1.7 milyon manatlıq torpaq alıb
10 Fevral 2017 / 17:24 / Baxış sayı: 2032
Font1 Font2 Font3 Font4

Azərbaycanda fəaliyyətdə olan və ciddi biznes sahibi olan oliqarxlardan biri də AzTV-in sədri Arif Alışanovdur

AzTV-in sədri bir neçə ayın içində Şamaxıda, Gəncədə və Qubada 1,7 milyon manat dəyərində torpaq ala bilib.
Arif Alışanovla baclı Milli Yol-a daxil olan məlumatda bildirilir ki, ölkədə iqtisadi krizisin hökm sürdüyü bir məqamda bir çox oliqarxlar çirkli pullarını ölkədən çıxartmağa cəhd etsələr də, daha sonra bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Düzdür, bir il öncəyə qədər bəzi oliqarxlar ölkədən 8 milyard manatdan çox pulu çıxarda bilmişdilər. Amma indii vəziyyət dəyişib və artıq məmurlar rüşvətdən topladıqları pulları ölkə iqtisadiyyatına yatırırlar.
Məlumatda göstərilir ki, Azərbaycanda fəaliyyətdə olan və ciddi biznes sahibi olan oliqarxlardan biri də, AzTV-nin sədri Arif Alışanovdur. Qeyd olunur ki, Arif Alışanov hələ illər öncə bizneslə məşğul idi və əsasən tikinti sektorunda yaxşı paya sahiblənmişdi. Bununla yanaşı onun keçmiş MDB məkanında da biznes strukturları fəaliyyət göstərirdi. AzTV-yə sədr gələndən sonra isə Arif Alışanovun imkanları daha da genişlənib.
Mənbə bildirir ki, ölkədə iqtisadi krizis yaranandan sonra isə Arif Alışanovun da biznes strukturunda müəyyən çətinliklər yaranıb. Bununla yanaşı əlində olan nəqd pulu ölkədən çıxartmaq fürsətini də AzTV sədri də zamanında əldən buraxıb. Amma hər zaman çıxış yolu tapmağı bacaran Alışanov bu dəfə də çıxış yolu tapıb.
Məlumata görə Arif Alışanov yaranmış şəraitdən istifadə edərək torpaq biznesinə əl qoyub. Bununla o, bir tərəfdən biznesini inkişaf etdirir, digər tərəfdən isə əlində olan və hər zaman təhlükəyə çevrilə biləcək nəqd pulu dövriyəyə buraxıb.
Mənbənin sözlərinə görə Arif Alışanov bir neçə ayın içində Şamaxıda, Gəncədə və Qubada 1,7 milyon manat dəyərində torpaq alıb. Bunun üçün müxtəlif qohumlarının adına 70-dən çox müqavilə imzalanıb.
Amma mənbə bildirir ki, bu hələ başlanığıcdır və Arif Alışanov torpaq sahələrini genişləndirmək niyyətindədir. Mənbə Milli Yol-a bildirib ki, Arif Alışanov hansı qohumlarının adına müqavilələr bağladığını da saytımıza təqdim edə bilər.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə