Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aleksandr Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşüb
Aleksandr Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşüb
10 Fevral 2017 / 17:16 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.

Qeyd edək ki, ötən gün A.Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib.

xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycana ekstradisiya olunduqdan dərhal sonra – fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə