Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki sovet ölkəsi arasında 25 il sonra bir ilk
İki sovet ölkəsi arasında 25 il sonra bir ilk
10 Fevral 2017 / 17:31 / Baxış sayı: 1344
Font1 Font2 Font3 Font4

İlk uçuş həyata keçirildi

Düşənbədə 25 il sonra bir ilk yaşanıb. İstiPress-in BBC-yə istinadla verdiyi məlumata görə, 1992-ci ildən sonra ilk dəfə olaraq Düşənbədən Daşkəndə sərnişin təyyarəsi reysi uçub.

“Somon air” şirkətinə məxsus təyyarə texniki reys həyata keçirib. Müntəzəm reyslər isə fevralın 20-dən başlayacaq. Uçuşlar həftənin bazar ertəsi günü olacaq. Daha sonra həftədə iki dəfə təyyarə uçacaq.

Bundan başqa Özbəkistanın başqa şəhərlərinə də uçuş reallaşdırmaq planlaşdırılır.

Bu günə kimi iki sovet respublikası arasında hava əlaqəsi olmayıb. İnsanlar ancaq sərnişin avtobuslarının xidmətlərindən istifadə ediblər.

Tacikistan ilə Özbəkistan arasında uçuşlar siyasi münasibətlərin pisləşməsindən sonra kəsilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə