Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp İngiltərəni bir-birinə qatdı – Spiker qovulur
Tramp İngiltərəni bir-birinə qatdı – Spiker qovulur
10 Fevral 2017 / 17:38 / Baxış sayı: 1240
Font1 Font2 Font3 Font4

İngiltərə Nümayəndələr Palatasının spikeri Con Berkovun vəzifəsindən uzaqlaşdırılması üçün düyməyə basılıb

arxiv.bizimxeber.az  Musavat.com-a istinadən xəbər verir ki, buna ABŞ-ın yeni prezidentinin İngiltərəyə gözlənilən rəsmi səfəri zamanı onun parlamentdə çıxış etməsinə yol verməyəcəyi ilə bağlı verdiyi bəyanat səbəb olub.
Artıq parlament üzvü Ceyms Dadric spikerə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirilməsi üçün Baş nazir Tereza Meyə ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı “Skay Nyus” televiziyasına müsahibə verən Dadric bunları deyib:
“Spiker, kreslosundan istifadə edərək, beynəlxalq vəziyyət barədə öz şəxsi fikirlərini çox detallı şəkildə elan edib, Trampı “irqçi” və “cinsi ayrı-seçkilik salan” birisi adlandırıb. Bu, tamamilə yolverilməzdir”.
“Teleqraf” qəzeti isə bildirib ki, 150 parlament üzvü Berkova etimadsızlıq göstərilməsinə səs verəcək. Leyboristlər isə əksinə, Berkovu müdafiə edəcəklərini və onun lehinə səs verəcəklərini bildiriblər.
Bir daha xatırladaq ki, Berkov Trampın müsəlman qadağası ilə bağlı fərmanına qarşı olduğunu və onu “irqçi” hesab etdiyini Nümayəndələr Palatasının 6 fevraldakı iclasında deyib və belə bir şəxsin parlamentdə çıxış etməsinə qarşı mövqeyini ortaya qoyub. Bu açıqlama Palatanın əksər üzvləri tərəfindən dəstəklənsə də, Lordlar Palatasının spikeri Fouler dərhal buna qarşı çıxdığını bəyan edib: “Mən nə Trampın səfərinin lehinə, nə də əleyhinə münasibət bildirirəm – spiker olaraq bu mənim işim deyil. Trampın dəvət edilməsi ilə bağlı fikrim açıqdır və cənab Trampın parlamentə dəvət edilməsini məqbul hesab edirəm”.
Mənsub olduğu partiyadan ciddi etirazlara məruz qalan Berkov isə öz fikirlərini müdafiə edib və vəzifəsindən şərəflə gedə biləcəyini bildirib.
İngiltərədə spikerlər rəsmi prosedur olmadan, adətən, ümumi seçkilərdən sonra parlament üzvləri tərəfindən yenidən təyin olunurlar.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə