Telejurnalist Qənirə Ataşovanın həyat yoldaşı Anar Qurbanov arxiv.bizimxeber.az-a bildirib ki, bu xəbər haqqında danışmaq istəmir:

“Qənirə gələr, hər şeyi özü danışar.”

“Bəs, hazırda Qənirə Ataşova hansı ölkədədir?”-sualına həyat yoldaşı belə cavab verib:

“Deyə bilmərəm.”

Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.

arxiv.bizimxeber.az

qenire