Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhəd Abıyevin qardaşı oğlunun günahı təsdiqləndi – Rəsmi / FOTO
Əhəd Abıyevin qardaşı oğlunun günahı təsdiqləndi – Rəsmi / FOTO
10 Fevral 2017 / 20:47 / Baxış sayı: 2178
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olmasıyla bağlı yazı dərc etmişdik.

Bildirmişdik ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi “Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub.

BakiPost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi K. Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb.

Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: “Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb.

Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydaların tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.

Xatırladaq ki, Əhəd Abıyev dünən ölkə.az saytına müsahibə verərək, qardaşı oğlunun heç bir günühaının olmadığını, Ramil Rzayevin ona şər atdığını deyib: “Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb.

Lənkəran, Masallı, Cəlilabad, Yardımlı bu adamın şərindən beziblər. Adamın bütün məhkəmələrdə adı var. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Hədə-qorxu gəlməyi özünə sənət seçib. Hələ utanmadan görün nə deyir? Deyir ki, guya arvadım qorxub, damarları tutulub və onun damarlarını açmaq üçün əməliyyat etmək lazımdır. Sonra da tələb edir ki, cərrahiyə əməliyyatı üçün 7 min pul olmalıdır. Qardaşım oğluna deyir ki, 2 minim var, 5 minin də sən ver, razılaşaq. Hətta, bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil?

Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə