Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhəbbət Vəliyevadan ŞOK etiraf… Psixoloqlarda ciddi problemlər var
Məhəbbət Vəliyevadan ŞOK etiraf… Psixoloqlarda ciddi problemlər var
11 Fevral 2017 / 10:54 / Baxış sayı: 1504
Font1 Font2 Font3 Font4

Bu gün məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı ciddi problemlər var. Bunu “QəbuldASAN” verilişində qonaq olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. M.Vəliyeva bildirib ki,  bu problemlərin əsas səbəbi uzun müddətdir məktəblərdə psixoloq fəaliyyətinin kənarda qalmasıdır. 

M.Vəliyevanın sözlərinə görə, son 2 ildə Bakıda fəaliyyət göstərən məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi keçirilib,  bilik, peşə səriştə səviyyələri müəyyənləşdirilib: “Müəyyən olunub ki, bəzi psixoloqların öz sahələri üzrə bilik səviyyəsi yüksək deyil. Bu sahənin inkişafına çox ehtiyac var. Bir məktəbdə 4-5 min şagird və bir psixoloq  varsa, psixoloq hansı şagirdə çatdırıb xidmət göstərə bilər?

Psixoloq valideynlə, şagirdlə ya müəllimlə işləyəcəyini bilməlidir. Ümumiyyətlə, psixoloqun qarşısında duran vəzifələr çoxdur”.

BŞTİ müdiri deyib ki, psixoloqların əməkhaqqı məsələsi də müzakirə olunur: “ Məktəb psixoloqların peşəkar imkanları, əməkhaqqı məsələsi müzakirəyə çıxarılıb. Gələcəkdə bu istiqamətdə işlər görüləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə