Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın şirkəti “Karmen” MMC qaçqınların 175 ton taxılını yeyib
Deputatın şirkəti “Karmen” MMC qaçqınların 175 ton taxılını yeyib
11 Fevral 2017 / 11:30 / Baxış sayı: 1580
Font1 Font2 Font3 Font4

Azərbaycanda kuryoz hadisə baş verib 

Deputat Əsabil Qasımova məxsus olan “Karmen” MMC məcburi köçkünlərin başına oyun açıb. Politika.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vəkil Osman Kazımov məlumat yayıb.

Vəkilin sözlərinə görə, Füzulidən olan məcburi köçkünlər inanılmaz bir cinayətlə qarşılaşıb. Bu haqda onlar prezident İlham Əliyevə müraciətdə təfsilatını yazıb: “Cənab İlham Əliyev. Məcburi köçkünlər alnının təri,əlinin qabarı və balalarının ehtiyacları ilə taxıl əkərək ailələrini dolandırmaq istəyiblər. Bu məqsədlə 175 ton, 300 kiloqram taxıl “Karmen” MMC-yə təhvil veriblər.

İndi bu taxıl buxarlanıb, yoxa çıxıb. Oğruların kimliyi də bəllidir. Amma oğrular və “juliklər” himayə olunur. Ehtiyac içində,ac-yalavac dolanan o yazıq insanların müraciət etmədiyi ünvan qalmayıb.

Amma 175 ton, 300 kiloqram taxıl oğurlanıb, pulu çatmayıb. Sakinlər prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Füzuli rayonunun deputatı Bahar Muradovaya müraciət ediblər.

Köçkünün malını yemək çox ayıbdır. Amma “Karmen” MMC buna da gedib”-deyə bildirilir.

Deputat Əsabil Qasımov çox böyük biznes imperiyasına rəhbərlik edir. “Karat Holdinq” şirkəti daxil olmaqla, “Karat MTK”, “İdeal MMC”, “İzmir MMC” (tikinti şirkətləri), “Azinvest” Tikinti Şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alğı-satqısı), Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki, ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), “Gəncə Fatoğlu” (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri Səməd Vurğun küçəsində “Ağ Saray” binası, Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” şirkətləri və digər daşınmaz əmlaklara sahib olan deputat biznesmen kimi tanınır.

Mətbuatda gedən iddialara görə, deputat bu biznesini qorumaq üçün MTN şefi Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bir neçə generalla da yaxınlıq edib.Qarşı tərəfi dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə