Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilqəmin atasının vəziyyəti pisləşdi
Dilqəmin atasının vəziyyəti pisləşdi
11 Fevral 2017 / 11:10 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib

Bu barədə AzVision.az-a girovun yaxınları məlumat verib. Bildirilib ki, Dilqəm Əsgərovun atası ağır vəziyyətdə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
“Vəziyyəti ağırdır. Son günlər özünü yaxşı hiss etmirdi. Müaəllicələri fayda vermir. Ona görə Bakıya gətirdik. Hazırda reanimasiyaya yerləşdirilib. Həkim nəzarətindədir. Yanına heç kimi buraxmırlar.”
D.Əsgərovun yaxınları bildirib ki, bu gün girovların Hüquqlarını Müdafiə Komitəsinin təcili toplantısı keçiriləcək.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə