Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərişıq”la “Pronto” MMC-nin müdhiş sayğac fırıldağı: 550 sakin necə aldadılır? – Foto
“Azərişıq”la “Pronto” MMC-nin müdhiş sayğac fırıldağı: 550 sakin necə aldadılır? – Foto
11 Fevral 2017 / 11:42 / Baxış sayı: 2216
Font1 Font2 Font3 Font4

“Bu şəkil mənim “Azərişıq” ASC-də olan abonent kodum və borcumdur. Lakin ən maraqlısı və qanunsuzu isə budur ki, mənim kodum olsa da, sayğacım yoxdur”

Politika.Az-ın xəbərinə görə, bunu Bakının Nizami rayon sakini Tehran Əliyev sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, rayonun Elşən Süleymanov küçəsində yerləşən “Pronto” MMC-yə aid binada yaşayır. 137 A sakini qeyd edir ki, yaşadığı binada komendantlıq sayğac otağı yaradıb və kilidləyib.

“Burada isə standart olmayan və qeydiyyatdan keçməyən sayğaclar quraşdırılıb. Abonent kodum olsa da, mənə bildiriş gəlmir və enerji haqqını komendantlığa onların yazdığı rəqəmlər əsasında ödəyirəm.

İlk növbədə hamıya aydın olur ki, burada qanunsuz yığım var. Düşünün ki, binada 890 mənzil var, bunun 550-də yaşayış var. 550 nəfərin haqqı birbaşa pozulur və bu problemi həll edən yoxdur”.

Politika.Az-ın məlumatına görə, sakinlər dəfələrlə komendantlığa müraciət etsə də, sadəcə yalan vədlərlə vaxt uzadılır:

“Bu və digər problemlərlə bağlə məhkəməyə və lazımi instansiyalara müraciət edilib. “Azərişıq” ASC-dən gələn rəsmi cavabda da isə bildirilir ki, bütün sakinlərin kodu var.

Lakin bina sayğacların quraşdırılmasını təmin etməyib. Sayğacların ilk dəfə quraşdırılması dövlət hesabına olduğunu nəzərə alaraq hər iki strukturun qanunsuzluğa yol verdiyi açıq aşkardır. Haqqımızı necə tələb edə bilərik?

Mətbuatda çalışan dostlarda bu problemi işıqlandırmaqlarını xahiş edirəm. Lazım olarsa binaya dəvət edib bütün problemləri sənədlərlə izah edə bilərik”.

Tünzalə Murad adlı sosial şəbəkə istifadəçisi də yazıb ki, bəzi MTK-larda bu var: “Biri də qardaşımgilin qaldığı “Şərur” MTK binasında var.

Yeni Yasamalda yerləşir. Komendant deyir ki, işıq pulunu filan nədər ödəməlisən, vaxtı çatan kimi də soruşmadan, xəbərdarlıq etmədən kəsir. Bir sözlə özbaşınalıq”.

Qeyd edək ki, bundan qabaq da “Pronto” MMC sakinləri kommunal problemlərlə əlaqədar aksiya keçiriblər. Etiraza səbəb konkret olaraq binaya qazın verilməməsi, sakinlərə məxsus dayanacağın başqa şəxslərə satılması, avtomobillərin dayanacaqda saxlanmasına icazənin və mənzillərə “kupça”nın verilməməsi, liftlərə ehtiyat generatorlarının quraşdırılmaması olub.

arxiv.bizimxeber.az
550 sakin necə aldadılır?
550 sakin necə aldadılır?

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə