Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Smartfonun enerjisini 7 dəqiqəyə dolduran qurğu (VİDEO)
Smartfonun enerjisini 7 dəqiqəyə dolduran qurğu (VİDEO)
12 Fevral 2017 / 9:20 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

“NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir

Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir.

arxiv.bizimxeber.az-ın ictnews-a istinadən verdiyi məlumata görə, mütəxəssislər bildiriblər ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur.

Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib.

“NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6×76.2×11.9 mm, çəkisi 196 qramdır.

İlkin sifariş zamanı yeni cihazın dəyəri 59 dollardır. “NitroQ” akkumulyatorlarının ilk tədarükü artıq cari ilin avqustunda başlanılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə