Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gözəl qalmağın sirri (FOTO)
Gözəl qalmağın sirri (FOTO)
12 Fevral 2017 / 12:34 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4

Qara nöqtələrdən bir neçə dəqiqədə qurtulun

Qara nöqtələr – kişi, qadın demədən hər kəsin ən ciddi dəri prblemlərindən birinə çevrilib. Vizual görüntünü korlayan bu nöqtələrdən yaxa qurtarmaq elə də asan deyil. Amma mümkündür.

Ev şəraitində də bu problemdən xilas olmaq olar. Bəs necə?

Qara nöqtələri təmizləmək üçün ilk olaraq məsamələr açılmalıdır. Bunun üçün ən yaxşı yol buxar vannasıdır. Məsələn, çobanyastığıni bir qabda qaynadın. Sonra başınızı qaba əyərək üzərindən dəsmalla örtün. Bu suyun buxarının üzünüzə verin. 5-10 dəqiqəlik buxar vannasından sonra üzünüz daha rahat təmizlənəcək.

Qara nöqtələri təmizləmək üçün onları sıxmaq təhlükəlidir. Bunun əvəzində isə pilinq və ya maskalardan istifadə etmək lazımdır.

Üzə qulluq maskası

Üzə qulluq maskası

Evdə pilinq

Bir çay qaşığı qəhvə, 1 çay qaşığı şəkər tozu və bir az balı qatın. Əldə edilən qarışımı masaj edə-edə üzə sürtün. Yuvarlaq və yumşaq əl hərəkətləri edin. Türk qəhvəsi canlandırır, bal isə nəmləndirir. Şəkər tozu isə ölü dərini təmizləyir. Pilinqi həftədə iki dəfə tədbiq etmək olar.

Bundan başqa aşağıdakı maskalarla qara nöqtələrin yaranmasının qarşısını almaq olar.

İsti bal maskası

2 yemək qaşığı balı bir az isidin, üzərinə 2 yemək qaşığı buda toxumu əlavə edib qarışdırın. Üzə sürtün və 3-4 dəqiqə ərzində masaj edin. 15-20 dəqiqə saxlayaraq iliq su ilə yuyun.

Yulaflı maska

1 xörək qaşığı yulaf ununu suda bişirin. Bulama halına gəldikdə içinə 1 desert qaşığı badam unu qatın. Qarışımla üzü ovun. 15 dəqiqədən sonra yuyun.

Limonlu maska

1 yumurta ağını yarım limon suyu ilə qatın və isidin. Məhlul soyuyandan sonra üzə sürtün və 15 dəqiqə saxlayın.

1 qaşıq duzu yarım limonun suyu ilə qatın. Qara nöqtələr çox olan nayihələrə dairəvi hərəkətlərlə sürtün.

Bu maskalardan sonra əsas şərt məsamələri qapamaqdır. Bunun üçün isə ən yaxşı yol yaşıl çay, alma sirkəsi, gül suyudur.

Məsamə qapadan maska 

1 xörək qaşığı bal, 1 yumurta, 1 desert qaşığı üyüdülmüş çobanyastığı, 1 desertqaşığı nanə. Əldə edilən maskanı həm üz, həm boyuna sürtmək olar. 10-15 dəqiqə saxladıqdan sonra iliq su ilə yuyun.

Pure halındakı pomidoru üzə sürtün. Quruduqdan sonra isə yuyun.

100 ml qaynanmış suya yarım limon sıxın. Daha sonra 1 ovuç bitki (nanə, mixək, cəfəri, çobanyastığı, lavanta, rəzyana və evdə olan başqa bitkilərədn ) tökün. Bu qarışımın isti buxarı ilə üzünüzə vanna edin.

Üzə qulluq

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə