Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusları heyran qoyan Bakı qutabı
Rusları heyran qoyan Bakı qutabı
12 Fevral 2017 / 14:00 / Baxış sayı: 1068
Font1 Font2 Font3 Font4

Azərbaycana gələn rus turistlər təəssüratlarını bölüşüblər

Son vaxtlar rusların istirahət üçün səfər etdiyi xarici ölkələrdən biri Azərbaycandır. Əsasən Bakıya gələn ruslar buranın qutabını daha çox sevirlər.

İstiPress xəbər verir ki, Rusiyanın pravda.ru saytında dərc edilən məqalədə bidirilir ki, Azərbaycan mətbəxinin şahı olan aş, qutablar, yerli təvəzərlər, Göyçay narı, məşhur şərq şirniyyatları bütün dünyada məşhurdur.

Sayta müsahibə verən moskvalı Pavel və Alina Bakı səfərinin təəssüratlarını bölüşüblər: “Çox xoşumuz gəldi. Yerli mərbəxin zəngliyi bizi o qədər valeh etdi ki, yenidən Bakıya qayıdıb dadlarına baxmaq istəyirik. Bakıya növbəti səfərimiz daha xüsusi turla olacaq.”

Moskvalılar deyir ki, Azərbaycanda çay süfrəsinə əyləşəndə müxətlif dadlara malik 15 armudu stəkan çayı fərqli mürəbbələrlə içmədən qalxa bilmirsən.

Azərbaycana səfər edən Baykal sakinləri də deyib ki, hər səfərlərində Azərbaycan çayı alıb özləri ilə gətirirlər: “Biz Çinlə sərhədik, çayı oradan gətirirlər. Amma Azərbaycan çayı qədər ətirli, tünd, dadlı çay görməmişik.”

Baykal sakini Tsirenjini azərbaycanlıların qonaqpərvərliliyinin onu valeh etdiyini deyib.

İlk Avropa oyunları Bakıda keçiriləndən sonra Azərbaycana səfər edən əcnəbilərin sayı artıb. Onların arasında rus turistlər daha çoxdur.

Pravda.ru saytında dərc edilən məqalə

Pravda.ru saytında dərc edilən məqalə

2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş verib. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliyindən bu ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər olub. 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub. Ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.

Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında rus turistlərin istirahət etmək üçün ən çox seçdikləri ölkədir. Ötən il Azərbaycan 2 milyon turist qəbul edib ki, onların da 685 mini Rusiyadandır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə