Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Trampın haqqındakı kompromatlar təsdiqlənir”
“Trampın haqqındakı kompromatlar təsdiqlənir”
11 Fevral 2017 / 12:22 / Baxış sayı: 1026
Font1 Font2 Font3 Font4

ABŞ xüsusi xidmət orqanları prezident Donald Trampın haqqında kompromatlardan ibarət dosyedəki məlumatların bir qismini təsdiqləyən dəlillər əldə edib.

Virtualaz.org xəbər verir ki, bu haqda CNN telekanalı “kəşfiyyat və hüquq mühafizə orqanlarındakı çoxsaylı mənbələrə” istinadən bildirir. Söhbət BuzzFed nəşri tərəfindən yayılan və Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin Rusiya üzrə agenti olmuş Krostofer Stilin hazırladığı qalmaqallı dosydən gedir. Bu dosye ABŞ-dakı seçki kampaniyası zamanı hazırlanıb və seçkilərdən sonra mətbuata sızdırılıb. Həmin dosyedə göstərilirdi ki, Trampın yaxın ətrafına daxil olan adamlar Rusiya ilə təmasda olublar, habelə Rusiya kəşfiyyatının əlində Trampın Mokvada çəkilmiş seks görüntüləri var.

Lakin CNN-in mənbələri deyiblər ki, xüsusi xidmətlər dosyenin seks görüntüləri barədə hissəsini deyil, Trampın yaxın çevrəsinə daxil olan şəxlərin Ruiya ilə gizli təmaslarından bəhs edən hissələri barədə təsdiqləyici dəlillər əldə edib. “Söhbət Rusiya vəzifəli şəxslərinin və adi vətəndaşlarının arasında Tramp barədə gedən danışıqlardan gedir”-mənbələr bildiriblər. İddia olunur ki, bu söhbətlər Trampın adamlarının Rusiya xəfiyyələri ilə təmaslarına dair dosyedə bəhs olunanları təsdiqləyir. Həmin Rusiya vətəndaşları Hillari Klintonun əleyhinə olan informasiyaların yığılmaı və yayılması ilə məşğul olublar. Bununla belə kəşfiyyat hələ tam əmin deyil ki, Rusiyanın əlində Tramp barədə kompromatlar var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə