Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən soyuq paytaxt şəhəri – FOTO
Dünyanın ən soyuq paytaxt şəhəri – FOTO
12 Fevral 2017 / 16:57 / Baxış sayı: 1388
Font1 Font2 Font3 Font4

Monqolustanın paytaxtı elə bir regionda yerləşir ki, kəskin kontinental iqlimi var.

Şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.

Bu səbəbdən Ulan-Batorda qış, xüsusilə yanvar ayı soyuq keçir. Temperatur tez-tez mənfi 40, bəzən 50 dərəcəyə qədər düşür. Amma buna baxmayaraq, hava quru olduğundan şaxta insanlara yaşamaq üçün çox problem yaratmır.

arxiv.bizimxeber.az bu barədə modern.az-a istinadla xəbər verir.

Paytaxta yağıntı az düşür, son illər yağan qar bir az çoxalsa da, qar boranlarından çox tozlu hava üstünlük təşkil edir.

Ulan-Batorda qız uzun çəkir: noyabr ayından martın sonuna qədər. Bu isə 100 gündən çox zaman deməkdir. Güclü şaxta səbəbindən su hövələri tamamilə donur.

Havanın belə sərt keçməsinə baxmayaraq, Ulan-Bator Monqolustanda həyatın bütün sahələrinin mərkəzidir. Ölkə əhalisinin təxminən yarısı paytaxtda yaşayır.

Ulan-Bator haqda maraqlı faktlar

1-ci fakt. Planetdə yeganə paytaxtdır ki, burada köçərilər yaşayır.

2-ci fakt. Ulan-Batorun əsası 1639-cu ildə qoyulub. Burada ilk tikilən bina budda monastrı olub.

3-cü fakt: Ulan-Batorda bütöv “yurd məhəlləri”var. Burada adamlar istiliksiz, susuz və elektrik enerjisi olmadan yaşayırlar. Çoxları əcdadlarına xas olan həyat tərzini seçirlər.

4-cü fakt. Şəhərin bir neçə adı olub: “Uqra” (saray, “İx-xypee) (böyük monastr), “Niyslel-xypee” (paytaxt monastrı). 1924-cü ildə şəhərə bugünkü adı verilib, “Qırmızı qəhrəman”, yaxud “qırmızı əjdaha”.

5-ci fakt: Şəhərin əsas diqqətəlayiq yeri – Гандан buddist monastır kompleksidir.

6-cı fakt: Qandan buddist monastrında Monqolustandakı yeganə universitet fəaliyyət göstərir.

7-ci fakt: Ulan-Bator – bu ölkədə yeganə həqiqi şəhərdir. Şəhər statusunda olan  qalan yaşayış yerləri daha çox qəsəbələrə oxşayır.

8-ci fakt: Ulan-Bator yaxınlığında dünyada ən böyük at heykəli ucaldılıb, o, sözün həqiqi mənasında çox cəlbedicidir. Onun üzərində Çingizxan təsvir olunub, postamentsiz hündürlüyü 40 metrdir.

9-cu fakt: Boqdan-Xan Uul dağı Asiyada ən qədim qoruqlardan biridir. Çingizxan bir zamanlar orada düşmənlərindən qorunub və bütün silahını orada gizlədib. Sonradan o, dağ ərazisindəki ağacları qırmağı və ovu qadağan edərək ərazini qoruğa çevirib.

10-cu fakt: Şəhərin yaxınlığında Dinozavrlar vadisi yerləşir. Burada bir vaxtlar skeletlər tapılıb. İndi burada açıq hava park yerləşir, nəhəng kələzlərin fiqurları qoyulub.

Dünyanın digər soyuq paytaxtları

Əgər dünyanın üç ən soyuq paytaxtından söhbət gedirsə, ikinci sırada Qazaxıstanın paytaxtı Astanadır.

Burada orta illik temperatur müsbət 3,1 dərəcə olur. Ancaq qışş çox soyuqdur, hərdən havanın temperaturu mənfi 50 dərəcəyə qədər düşür.

Üçüncü sıradakı İslandiyanın paytaxtı Reykyavikdir. Burada orta illik temperatur müsbət 4,9 dərəcədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə