Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uzun, sağlam, güclü və canlı saçlar üçün (FOTO)
Uzun, sağlam, güclü və canlı saçlar üçün (FOTO)
12 Fevral 2017 / 17:38 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4

Qarşıdan bizi isti yaz-yay günlərinin gözlədiyini nəzərə alsaq, fevral şaxta-soyuqdan çıxan saçlara qulluq üçün ən ideal zamandır. Xüsusilə qırılan, tökülən saçları mövsümə hazırlamaq şərtdir. Bunu etmək üçün heç də bahalı prosedurlara ehtiyac yoxdur. İstiPress evdə, əlinizin altında olan bir neçə məhsulla saçlarınızı daha parlaq. Canlı və tez uzanan etməyin yollarını təqdim edir:

Hind qozu südü  
Zədələnmiş və tökülən saçların ən yaxşı təbii dərmanıdır. Onun tərkibi saçlar üçün önəmli olan maddələrlə – dəmir, yağ asitləri, kalium ilə zəngindir. Bu süd keratin kimi saçları möhkəmləndirir və onları qırılmadan qoruyur. Südün effektivliyini görmək üçün hər gün saç diblərinə sürtərək bir neçə saat saxlamaq kifayətdir.

Hind qozu südü

Yumurta 
Zədəli, tökülən saçlar üçün ən çox istifadə edilən məhsuldur. Yumurtanın ağı bərpaedici, qidalandırıcı xassəyə malikdir. Ağ yod, kükürd, sink, fosfor, dəmir və s.  ilə zəngindir. Tərkibində yumurta olan maskalar tökülən saçların yerinə yenilərini çıxarır, onları sağlam, daha parlaq və yumşaq edir.

Yumurta

Soğan suyu
Qoxusu dözülməz olsa da, effektivliyi olduqca yükəskdir. Bu maska saç diblərində qan dövranını sürətləndirir,  ölü hüseyrələrin yenilənməsinə kömək edir. Nəticədə saçlar daha tez və sağlam uzanır.
Soğan suyu antibakterial özəlliyə də sahibdir. Saç tökülməsinə səbəb olan mikrobları məhv edir. Həftədə bir dəfə saç diblərinə sürtərək bir neçə dəqiqə saxlamaq kifayətdir.

Soğan

Kartof suyu 
Quru, incə və qırılan saçları olanlar üçün əla vasitədir. Kartofun tərkibindəki B6, A və C vitamini dəriyə qulluq üçün idealdır. Eyni zamanda bu məhsulda fosfor, manqan, kalsium var. Keçəlləşmənin qarşısını alır, saçın qurumasına mane olur.

Kartof suyu

Limon suyu
Aşağı səviyyəli pH sayəsində ölü hüceyrələri təmizləyir, yağlanmanın qarşısını alır. Bu su başdakı kəpək probleminin həlli üçün də yaxşıdır.

Limon

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə