Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər – VİDEO
Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər – VİDEO
11 Fevral 2017 / 13:28 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4

İrəvanda cəbhədə öldürülmüş erməni əsgərlərin anaları Müdafiə Nazirliyinin binasına hücum çəkiblər. 

arxiv.bizimxeber.az baku.ws-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi xəbərə görə, əsgər anaları yeni müdafiə naziri Viqen Sarkisyan ilə görüşmək məqsədilə nazirlik binasının arxa girişində toplaşaraq müdafiə şöbəsinin müdirinin kortejini dayandırmağa cəhd göstəriblər. Bu zaman cəbhədə həlak olmuş Valeri adlı əsgərin anası Nana Muradyanın səhhəti pisləşib və bu səbəbdən də təcili tibbi yardım çağırılıb.

Nana Muradyan jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri onu vurub, üzünə tüpürərək onu “bomj” adlandırıb. Daha sonra yaxınlıqda olan polis avtomobilinə tərəf sürüyərək onu polis bölməsinə aparmaqla hədələyiblər. Qadını yalnız baş polis məmuru gəldikdən sonra buraxıblar. Muradyanın sözlərinə görə, insidentdən sonra qadından ərazini tərk etməsini tələb ediblər.

Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyi binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə rəhbərlikdən hesab tələb edirlər. Aprel əməliyyatları və son günlər ordumuzun cəbhədə ermənilərə sarsıdıcı zərbələr vurmasından sonra bu hal daha da artıb.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə