Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

PA rəsmisi: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
PA rəsmisi: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
11 Fevral 2017 / 13:30 / Baxış sayı: 1084
Font1 Font2 Font3 Font4

“Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir: “Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda bu öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələr böyük əlaqələridir, böyük tarixi var. Biz bu illər ərzində,  2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Oraya gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli, bu hüquq pozuntusudur”.

Novruz Məmmədov Dağlıq Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu halda onun məsələsinin qabardılmaması barədə deyilənlərə münasibət bildirərkən deyib ki, bu, Rusiyanın daxili işidir: “Bizimlə bağlı məsələləri Azərbaycan tərəfi bütün proseslərdə gündəmə gətirir. Bizim öz daxili qaydamız var və bunu həyata keçiririk. Bu məsələni siyasiləşdirməyə çalışanlar, münasibətlərə xələl gətirmək istəyənlər var. Əgər qərəzli olmadıqlarını, ədalətli olduqlarını və beynəlxalq hüquq baxımından bu məsələni qaldırdıqlarını deyirlərsə, o zaman Dilqəm Əsgərov məsələsini də qaldırsınlar. Bütün vətəndaşlara eyni münasibət göstərmək lazımdır. Azərbaycanla Rusiya arasında münasibətlər çox yüksək səviyyədəə inkişaf edib, iki ölkə rəhbərləri arasında qarşılıqlı anlaşma, etimad var”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə