Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda toy müğənnisi narkotik alverçisi çıxdı
Azərbaycanda toy müğənnisi narkotik alverçisi çıxdı
11 Fevral 2017 / 14:20 / Baxış sayı: 2006
Font1 Font2 Font3 Font4

Yanvarda tutulan şəxs müğənninin illərdir rayonda narkotik alveri etdiyinin üstünü açıb

Yanvar ayında Lənkəranda polisin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirdiyi əməliyyat nəticəsində yaxalanan şəxs uzun illər rayonda gizli şəkildə narkotik yayan şəxsin tutulmasına kömək edib.

İstiPress-in Cənub bürosunun məlumatına görə, yanvarın 22-də keçirilən əməliyyat zamanı Lənkəran şəhər polis şöbəsinin əməliyyatçıları şəhər sakini Məmmədov Aqşin Aslan oğlunu  saxlamışdı. 2 kq 100 q opium və 100 qr metamfetaminlə (amfetamindən hazırlanmış kristal məhsul) saxlanılan 36 yaşlı Aqşin Məmmədov  üzərində aşkarlanan güclü narkotik təsirli maddələri Bakıya satmaq üçün aparmaq istədiyini, paytaxtda opiumu 10, metamfetamini isə 5 min manata satmaq üçün müəyyən şəxslərlə razılaşdığını etiraf edib.

Məhz onun ifadəsi uzun illər gizli şəkildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi yaxalamağa kömək edib. Belə ki, Aqşin Məmmədov istintaqçılara bildirib ki, o sadəcə vasitəçidir. Onu Astaraya İrandan gələn narkotik maddənin növbəti partiyasını qəbul etmək üçün  Lənkəran sakini 38 yaşlı Məmmədov Elnur Ağa oğlu göndərib.

Cənub bölgəsində Elnur Ağaoğlu adı ilə tanınır və müğənnilik fəaliyyəti ilə məşğuldur. Müğənnini əməliyyatçılar rayon ərazisindəki kafelərdən birində yaxalayıb. Saxlanılan zaman Elnurun üzərində təqribən 3 qramdan artıq narkotik vasitə olan tiryək də aşkarlanıb.

İstintaq zamanı Elnurun özünün də narkotik maddə istifadəçisi olduğu və bu çirkin işlə 20 ildir məşğul olduğu üzə çıxıb.

Hazırda saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib və Azərbaycan respublikası CM-nin 234.4.3,234.4.1,234.1 maddələri ilə cinayət işi başlanıb.Bu maddələrə görə müğənnini 6 ildən 12 ilədək həbs cəzası gözləyir.

Bölgə toylarında yeni evlənən gənclərə lirik mahnılarla xeyir-dua verən müğənni satdığı narkotik maddələrlə neçə-neçə evləri dağıtdığının fərqində olub-olmadığını demək olmaz. Amma indi 3 uşaq atası özü dəmir barmaqlıqlar arasında ailəsindən uzun müddət ayrı qalmalı olacaq.

Hazırda istintaq bu şəbəkəyə daha kimlərin daxil olduğunu araşdırır. Elnurun həbsxanada oxuyub-oxumayacağ bəlli olmasa da, bir məqam açıqdır  – aşkarda sevgi nəğmələri ilə gəncləri məftun edən müğənni gizlində onlara satdığı narkotiklə bədbəxtlik quyusu qazırmış. Sonda o qazdığı quyuya elə özü düşdü.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə