Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mikayıl Cabbarova qarşı yenə İTTİHAM – Sınaq imtahanına nazirlik 6 manat yığır…
Mikayıl Cabbarova qarşı yenə İTTİHAM – Sınaq imtahanına nazirlik 6 manat yığır…
11 Fevral 2017 / 19:46 / Baxış sayı: 2408
Font1 Font2 Font3 Font4

Redaksiyamıza daxil olan çox saylı məktublardan məlum olub ki, Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbi təhsil üçün yararsız vəziyyətdədir. Və bu məktəb həqiqətəndə daş dövrünü xatırladır. 

Məlumat üçün qeyd etmək lazımdır ki, bir müddət bundan öncə RTŞ-nın rəhbəri Surxay Mirzəyevlə bağlı Təhsil Nazirliyi və Maliyyə nazirliyi tərəfindən yoxlama təşkil edilmişdir. Etibarlı mənbələrdən isə verilən məlumata görə, Surxay Mirzəyevin fəaliyyəti ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə idarəsində araşdırma aparılır.

Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbində məcburi köçkünlərin yerləşməsi təhsilin davamiyyətində maneələr yaratmaqdadır. Məktəbin dam örtüyünün çökməsi sinif otaqlarının bərbad halda olması gələcəyimiz olan gənclərimizin ölümlə üz-üzə olmaları inkar edilə bilməz.

Məktəb ətrafında anti-sanitariya şəraiti hökm sürməkdədir. 1981–ci ildə istifadəyə verilən bu məktəbin hal-hazırda 16 sinfi var. Məktəbin qəzalı olması valideynləri narahat etməkdədir. Məsələ ilə bağlı Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova ilə əlaqə saxladıq. Məsələyə münasibət bildirən müəllimə qeyd etdi ki, məktəbin yararsız olması ilə bağlı dəfələrlə Tərtər təhsil şöbəsinin müdiri Surxay Mirzəyevə o cümlədən icra başçısı Müstəqim Məmmədova kənd icra nümayəndəsi Nazim Xəlilova və Bələdiyyə sədri Tərlan müəllimə məlumat verib. Verdiyi məlumatlara baxmayaraq rəsmi qurumlar tərəfindən heç bir tədbir görülmür.

FHN-nin regional idarəsindən iki dəfə məktəbə baxış keçirildiyini də vurğulayan Elmira xanım digər suallarımızı da cavablandırdı. Elmira Hüseynova bildirdi ki, bu illər ərzində Təhsil şöbəsinin müdiri Surxay Mirzəyevə də bu barədə dəfələrlə şikayət etməsinə baxmayaraq onun qeyd etdiyi məsələlərə laqeyd yanaşılmaqdadır. Hətta Prezident Aparatından rəsmi məktub aldığını, burada məktəbin 2014-2018-ci ildə məsələ ilə bağlı nəzarətə götürüləcəyinin qeyd edildiyini vurğuladı.

Onu da qeyd edək ki, Tərtər Rayon Icra Başçısı Müstəqim Məmmədov tərəfindən təmtəraqla Azad Qaraqoyunlu kəndinin mavi yanacaqla təmin edilməsi açılışı 2016-cı ilin oktyabrında olmuşdur. qazın kəndə fasiləsiz veriləcəyi vurğulanmışdır. Amma bu gün müəyyən edilib ki kəndə qaz verilməsinə baxmayaraq təhsil ocağında hələ də odun yanacaqından istifadə edilməkdədir.

Etibarlı mənbədən isə bildirilib ki, şagirdlərdən hər birindən gündəlik 40 qəpik neft almaq adıyla pul yığılmaqdadır. Hər bir şagirdən aylıq 12 manat üç aylıq 36 manat məvacib yığılmaqdadır. (minumum hesabla sinifdə 12 şagird x 16 sinif ümumi sayı = 192 şagird olduqda: 192 şagirdi x üç aylıq 36 manat = 6912 manat qeyri qanuni yığılan məbləğ) Minumum hər sinifdə 12 şagir olduğun nəzərə alsaq və məktəbin 16 sinifi olması hesabı ilə üç aylıq cəmi 6912 manat məbləğ yığılmaqdadır. Sınaq imtahanları adı ilə isə 6 manatdan pulun yığılması əmrinin isə kim tərəfindən verildiyi naməlum qalmaqdadır. Şagirdlər isə məcburiyyət qarşısında həmin pulları verməli olurlar. Əks halda şagirdlərin növbəti siniflərə keçməsinə suni maneələr yaradılır.(BakuNews.az)Surxay Mirzəyev bildirib ki, şagirdlərdən sınaq imtahanlarına yığılan 6 manat pulu Tərtər təhsil şöbəsinin əmri ilə deyil, Təhsil Nazirliyi tələblərinə uyğun yığılmaqdadır. S.Mirzəyev redaksiyamızı ultumatum verməyidə unutmayıb. Bu yazının dərc ediləcəyi təqdirdə bizi məhkəməyə verəcəyində qeyd edib. Bütün bunları bizimlə deyil həmkarımız olan xanım jurnalistə bildirən S.Mirzəyev hall hazırda Təhsildəki baş verən yeyintilərlə bağlı korrupsiyada araşdırılması aparılmaqdadır. Bu məmurun tükənməyən sərgüzəştləri hələdə davm etməkdədir.

Tərtər rayona ölkə rəhbəri İlham Əliyev tərəfindən dəfələrlə maliyyə ayrılmasına baxmayaraq Azad Qaraqoyunlu kənd orta məktəbinə bir manat da olsun belə xərclənməyib. Hər il əvəzində isə 6912 manat üç aylıq məcburi pullar yığılır. Bütün bunlara aydınlıq gətirə biləcək heç kəs yoxdur.

Araşdırmamız davam edir… Bizi izləyin\Rubrika.az\

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə