Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Murovda həlak olmuş Azərbaycan əsgəri dəfn edildi
Murovda həlak olmuş Azərbaycan əsgəri dəfn edildi
11 Fevral 2017 / 22:03 / Baxış sayı: 1452
Font1 Font2 Font3 Font4

O doğulduğu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Azərbaycan Silahlı Qüvvələrini Murovdağda həlak olmuş əsgəri Ülvi Əhməd oğlu  Rüstəmov bu gün doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

İstiPress-in Qarabağ bürosunun məlumatına görə, dəfndə həlak olmuş əsgərin yaxınları ilə bərabər, hərbiçilər və rayon İH-nin nümayəndələri də iştirak ediblər.

Hadisə fevralın 9-u axşam saatlarında baş verib.  Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirib.

Allah rəhmət eləsin!



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə