Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda intihara cəhd – Arvadının təhqirlərinə dözməyib özünü bıçaqladı
Bakıda intihara cəhd – Arvadının təhqirlərinə dözməyib özünü bıçaqladı
11 Fevral 2017 / 22:08 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4

Bakının Nizami rayonunda 34 yaşlı kişi intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəsimi küçəsi, 22 ünvanında qeydə alınıb.
1983-cü il təvəllüdlü Samir Fərzəliyev yaşadığı evdə intihar etmək məqsədilə qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. O, 3 saylı Sabunçu şəhər xəstəxanasına gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Samir Fərzəliyevinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, hadisədən əvvəl Samir Fərzəliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın onu təhqir edib. Həyat yoldaşının təhqirlərinə dözməyən Samir intihar etmək istəyib.
Bildirilir ki, Samir Fərzəliyev narkotik vasitələrin aludəçisidir.
Samir Fərzəliyev paytaxtda inşa olunan tikintilərdə fəhləlik edib.
Faktla bağlı araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə