Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“DəmirBank”dan 3 milyon dolları hakerlər yoxsa başqa adam oğurladı?
“DəmirBank”dan 3 milyon dolları hakerlər yoxsa başqa adam  oğurladı?
12 Fevral 2017 / 14:26 / Baxış sayı: 1296
Font1 Font2 Font3 Font4

Haker qrupu “DəmirBank”ın təhlükəsizlik sistemində zəif yer taparaq, 3 milyon dollar oğurlamağa müvəffəq olub. Bu barədə virtualaz.org-a bir-birindən xəbərsiz iki ayrı bank mənbələrindən məlumat daxil olub. 

Xəbərə görə, hakerlər “unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar.

Hadisə başa çatmaqda olan həftənin əvvəlində baş verib, məlumat gizli saxlanılıb. Jurnalistlər baş vermiş olayın təfərrüatlarını öyrənmək istədikdə, “DəmirBank”ın marketinq direktoru Anar Bayramov qeyd edib ki, haker hücumu ilə bağlı informasiyaya malik deyil.

***

“DəmirBank”dan 3 milyon dollar oğurlanıb. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb.

Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.

Faktla bağlı “DəmirBank”ın Marketinq direktoru Anar Bayramovla əlaqə saxladıq. O, bununla bağlı informasiyaya malik olmadığını bildirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə