Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan ordusundan məğlubiyyət etirafı
Ermənistan ordusundan məğlubiyyət etirafı
13 Fevral 2017 / 10:09 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4

Əsgərlərin canından qorxu hələ də çıxmayıb

Azərbaycan Ordusunun əsl qəhrəmanlıq göstərdiyi aprel döyüşlərinin üzərindən bir ilə yaxın zaman keçsə də, bu qorxu hələ də erməni əsgərlərinin canından çıxmayıb. Ermənilər itkilərini hələ də etiraf edirlər. Azərbaycan qarşı tərəfə elə bir zərbə vurub ki, bu günə qədər də özlərinə gələ bilmirlər.

Bu dəfə ermənilərin dördgünlük müharibədə ağır itkilərini  “Novosti Armeniya” agentliyinə açıqlama verən aprel döyüşü iştirakçısı 20 yaşlı əsgər Artur Qreyan etiraf edib. Aprel döyüşlərini ömrünün sonuna kimi unuda bilməyəcəyini deyən əsgər döyüşlərdə çox sayda dostunu itirdiyini deyib. Onların arasında yüksəkrütbəli zabitlər də olub.

“Bu müharibəni unutmaq sadəcə mümkün deyil. Apreldə çox dostumu itirdim. Onları arasında tağım komandiri,baş leytenat Beniamin Eqonyan, tank mexaniki Tiqran Abqaryan, pulemyotçu Vladimir Alixanyan və sairələri. Mən onları ürək ağrısı ilə xatırlayıram”.

Dördgülük müharibə – 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir.

Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, yüzlərlə döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Lakin Ermənistan tərəfi hələ də itkilərini gizlətməyə çalışır.

Təmas xəttində dağıdılan evlər

Təmas xəttində dağıdılan evlər


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə